“Müharibə uzansa, Moskva nüvə silahı ilə təhdid edə bilər” –ABŞ kəşfiyyatı

Ukraynada müharibə və müqavimət davam edərsə, Rusiya prezidenti Vladimir Putin Qərbi nüvə silahı ilə hədələyə bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatına istinadən məlumat yayıb. “Ukrayna ərazisinin uzun müddət işğalı Rusiya qoşunlarının tükənməsi və onların modernləşdirilmiş silah arsenalının azalması təhlükəsi yaradır. Eyni zamanda iqtisadi sanksiyalar Rusiyanı uzunmüddətli iqtisadi depressiyaya və diplomatik təcrid vəziyyətinə sala bilər”, – Müdafiə Kəşfiyyatının direktoru, general-leytenant Skott Berrier bildirib.

Onun sözlərinə görə, Ukraynanın itaətsizliyi və iqtisadi sanksiyalar Rusiyanın müasir dəqiqliklə idarə olunan hərbi sursatlar istehsal etmək qabiliyyətini təhlükə altına qoyur: “Bu müharibə və onun nəticələri yavaş-yavaş Rusiyanın gücünün itməsinə səbəb olur. Rusiya da öz daxili və xarici auditoriyasına gücünü nümayiş etdirmək üçün nüvə qüvvəsinə getdikcə daha çox arxalanacaq”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan sülh danışıqlarında Fransanın iştirakını istəyəcək” –

Sonrakı məqalə

ABŞ rus oliqarxlarının yaxtalarının yerini deyənə 5 milyon mükafat verəcək