ABŞ Rusiya Aerokosmik Qüvvələrinə sanksiya tətbiq edib

ABŞ Dövlət Departamenti Rusiya Aerokosmik Qüvvələrini və rusiyalı Pavel Şevelini sanksiyalar siyahısına əlavə edib.

Azpost.info xəbər verir ki, bu sanksiya siyahısı İran, Şimali Koreya və Suriyaya qarşı yönəlib.

Dövlət Departamenti daha əvvəl Şevelini “Vaqner”lə əlaqələndirmişdi.

ABŞ administrasiyasının yeni sənədindən məlum olur ki, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar fevralın 27-də qüvvəyə minib.

Bundan başqa, siyahıya Sankt-Peterburqda yerləşən “Eltechnord” şirkəti ilə yanaşı, KXDR vətəndaşı da daxil edilib.

Azpost.info

Əvvəlki məqalə

Ursula Fon der Lyayen Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Azərbaycanda Facebook və “İnstagram”ın fəaliyyətində problemlər yaranıb