Azərbaycanda Facebook və “İnstagram”ın fəaliyyətində problemlər yaranıb

Facebook və İnstagramın fəaliyyətində problemlər yaranıb.

Azpost.info bildirir ki, Azərbaycanda sosial şəbəkə istifadəçiləri hesablarına daxil ola bilmirlər.

İnstagramda lentin yenilənməsi dayanıb.

Müxtəlif ölkələrdən eyni problemin yaranması ilə bağlı məlumatlar gəlir.

Downdetector.com saytının məlumatına görə, son 30 dəqiqə ərzində dünyanın müxtəlif ölkələrindən – ABŞ, Kanada, Avropa ölkələrindən və digər ölkələrdən 500 000-dən çox istifadəçi sosial şəbəkə ilə bağlı problemlər barədə məlumat verib.

 

 

Əvvəlki məqalə

ABŞ Rusiya Aerokosmik Qüvvələrinə sanksiya tətbiq edib

Sonrakı məqalə

Macarıstanın yeni prezidenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib