ABŞ Rusiya-Çin birliyini “qüsurlu nikah” adlandırdı- Blinkenin müavinindən açıqlama

“Rusiya ilə Çin arasında münasibətlər şərti xarakter daşıyır. Çünki bu ölkələrin bir çox məsələdə ortaq baxışları yoxdur”.

Azpost.info xəbər verir ki, “The Washington Post” bunu ABŞ dövlət katibinin müavini Vendi Şermana istinadən yazıb.

“Bu, bütün mənalarda, növlərdə və formalarda tam olmayan, qüsurlu bir “nikah”dır. Lakin onlar təbii ki, birlikdə işləyəcəklər, həm də bir-birlərinin xeyrinə çalışacaqlar. Prezident Putinin Si Cinpinin onun Ukraynada etdikləri ilə bağlı narahatlığından xəbərdar olduğunu deməsi isə olduqca maraqlı idi”, – Şerman bildirib.

O əlavə edib ki, Si Cinpin həmişə dövlətlərin suverenliyi və ərazi bütövlüyü haqqında danışır. Bu da onun Honq-Konq, Tibet və Tayvana olan iddialarını əsaslandırmasını zəruri edir.

Azpost.info

Əvvəlki məqalə

“Bəyanatlar yox, real addımlar gözləyirik”

Sonrakı məqalə

“Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqa kömək etməyə hazırıq”