“Bəyanatlar yox, real addımlar gözləyirik”- Erməni spiker KTMT və Rusiyadan şikayətləndi

“Ermənistan Azərbaycanla münaqişənin son vaxtlar kəskinləşməsinə KTMT-nin reaksiyasından narazıdır”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Gözləntilərimiz özünü doğrultmur. Biz xalqla daimi təmasda olduğumuz üçün KTMT-nin nə üçün nəzərdə tutulan tədbirləri görmədiyini onlara izah etməkdə çətinlik çəkəcəyik. Təbii ki, biz nəticə çıxarmışıq və çıxaracağıq”, – Simonyan bildirib.

O əlavə edib ki, İrəvan KTMT-dən müvafiq cavab gözləməkdə davam edir.

Simonyan xatırladıb ki, Ermənistanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında ikitərəfli saziş var. Buna görə də İrəvan bəyanatlardan və yarım sözlərdən daha çox real dəstək gözləyir.

Spiker Rusiya televiziyasının efirində Ermənistan hakimiyyəti ilə bağlı bəzi təxribat xarakterli bəyanatları bəyənmədiyini də dilə gətirib.

Azpost.info

 

Əvvəlki məqalə

Məşhur aktyor Maksim Qalkin Rusiyada rəsmən “xarici agent” elan olunub

Sonrakı məqalə

ABŞ Rusiya-Çin birliyini “qüsurlu nikah” adlandırdı