ABŞ Rusiya və Çinə qarşı “casus peyklər” şəbəkəsini genişləndirir

ABŞ Kosmik Qüvvələri Rusiya və Çindən gələn təhdidləri izləmək üçün peyk şəbəkəsi buraxacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

“Silent Barker” adlı peyk şəbəkəsi Yerdən təxminən 35.400 km yüksəklikdə yerləşdirilib. Kosmik Qüvvələr və ABŞ Milli Kosmik Kəşfiyyat İdarəsi peyklərin yaradılması üzərində birgə çalışıb.

Layihənin məqsədi təhlükələrin vaxtında aşkar edilməsi üçün kosmosda obyektlərin axtarışı və orbitdəki düşmən peyklərinin izlənilməsidir.

“Atlas V” raketi daşıyıcısı iyul ayından sonra “Boeing” və “Lockheed Martin” şirkətlərinə məxsus “United Launch Alliance” tərəfindən buraxılacaq. “Bloomberg” qeyd edir ki, dəqiq tarix hələ məlum deyil və 30 gün əvvəl sosial şəbəkələrdə elan olunacaq.

ABŞ bu layihəni Çin və Rusiyada digər peykləri məhv edə biləcək orbital sistemlərin yaradılmasına cavab olaraq irəli sürüb. ABŞ milli kəşfiyyatı daha əvvəl xəbərdarlıq etmişdi ki, Çin ABŞ və müttəfiqlərinin peyklərini vura biləcək silahlara malikdir.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna əks-hücum üçün milyonluq ordu toplayıb”

Sonrakı məqalə

Əli Əsədov Rusiyaya işgüzar səfərə gedib