ABŞ Rusiyadan müsadirə etdiyi aktivləri ilk dəfə Ukraynaya köçürdü– Baş prokuror AÇIQLADI

ABŞ-ın Baş prokuroru Merrik Qarlend sanksiyaları pozduğuna görə rusiyalı oliqarxın müsadirə edilən aktivlərinin Ukraynaya ötürülməsinə ilk dəfə olaraq icazə verib.

Azpost.info xəbər verir ki, söhbət rusiyalı sahibkar Konstantin Malofeyevin vəsaitindən gedir. 2022-ci ilin aprelində ABŞ Ədliyyə Nazirliyi onu Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozmaqda ittiham edib.

ABŞ hakimiyyət orqanlarının fikrincə, Malofeyev Krımda separatçı əhval-ruhiyyəni qızışdıraraq rusları maliyyə cəhətdən dəstəkləyib.

Eyni zamanda, ABŞ Baş prokuroru Malofeyevin sanksiyaları pozması ilə bağlı milyonlarla aktivin Amerika maliyyə institutlarından birindəki hesaba həbs edildiyini açıqlamışdı.

2023-cü ilin fevralında Baş Prokurorluq bu pulun Ukraynanın ehtiyaclarına köçürülməsinə icazə verib. Mayın 10-da ABŞ Ədliyyə Nazirliyi bu vəsaitlərin ilk transferini həyata keçirmək üçün sərəncam verib.

“Birləşmiş Ştatlar Ukraynanın bərpası üçün müsadirə edilmiş Rusiya vəsaitlərini ilk dəfə göndərsə də, bu, sonuncu olmayacaq”, – Qarlend açıqlamasında bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.