Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ Rusiyanın cəbhədə son 5 aydakı itkilərini

User 02 May 2023 - 11:55 (Last updated: 21 May 2025 - 20:15)
kirbi

“Rusiyanın Ukraynaya qış hücumu cəbhədə ciddi irəliləyişlərə səbəb olmasa da, böyük itkilərlə nəticələnib”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, ötən dekabrdan bəri cəbhədə ölən və yaralanan rusların sayı 100 mindən çox olub. Onlardan 20 mindən çoxu döyüşlərdə həlak olub: “Bu itkilərin demək olar ki, yarısı Baxmuta hücuma atılan “Vaqner” döyüşçülərinin payına düşür. “Vaqner”in qurucusu Yevgeni Priqojin isə cəmi 94 nəfər itirdiklərini deyir. Bu, sadəcə gülməlidir”.

Kirbi qeyd edib ki, qış kampaniyası nəticəsində Rusiyanın hərbi ehtiyatları və hərbi qüvvələri tükənib. Üstəlik, Moskvanın səylərinin əksəriyyəti əks nəticə verib: “Rus ordusu Baxmut uğrunda döyüşlərdə dalana dirəndi və uğursuzluğa düçar oldu. Rusiyanın hücum cəhdi əks nəticə verdi. Aylarla davam edən döyüşlərdən və fövqəladə itkilərdən sonra Rusiya diqqətini Ukraynanın məhdud strateji dəyəri olan bir şəhərinə cəmləyib”.

Sonuncu dəfə Rusiya Müdafiə Nazirliyi itkilər barədə 2022-ci ilin sentyabrında məlumat vermişdi. Həmin vaxt Şoyqu bildirmişdi ki, Ukraynada müharibə başlayandan indiyədək 5937 rus hərbçisi həlak olub.

ABŞ rəsmilərinə görə isə Rusiyanın itkiləri 223 minə qədərdir. Onlardan 43 minə qədəri döyüşlərdə həlak olub.

Azpost.info

 

Post navigation

Previous: Hacı Şahinin yerinə yeni imam təyin olundu –
Next: Ərdoğan 51 faiz, Kılıcdaroğlu 48 faiz –

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.