ABŞ Dövlət Departamenti “Novikombank”ın idarə heyətinin sədri Yelena Georgiyevaya və bankın bütün top-menecerlərinə qarşı sanksiyalar tətbiq edib.
Novikombank, iqtisadiyyatın yüksək texnologiyalı sektorlarında, maşınqayırmada, avtomobil sənayesində və neft-qaz sənayesində müəssisələrin maliyyələşdirilməsində ixtisaslaşan Rusiya bankıdır (Bank Rostech dövlət korporasiyasına məxsusdur).
Novikombank Rusiyanın 25 ən böyük bankından biridir.