ABŞ Rusiyanın dondurulmuş ehtiyatlarını Ukraynaya köçürməyin yolunu tapıb- “New York Times”

ABŞ prezidenti Co Bayden Rusiyanın dondurulmuş ehtiyatlarını Ukraynaya ötürmək üçün 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktından (IEEPA) istifadə edə bilər.

Azpost.info xəbər verir ki, bubarədə “New York Times” yazıb.

Nəşr qeyd edir ki, bu qənaətə professor Larri Tribenin rəhbərlik etdiyi bir qrup ekspert gəlib.

Aktda açıq şəkildə bəyan olunur ki, prezident əmlakın təhvil verilməsini araşdıra, bloklaya, tənzimləyə, istiqamətləndirə, ləğv edə, qarşısını ala və ya qadağan edə bilər. Bu səlahiyyət xarici ölkənin maraq göstərdiyi və ABŞ yurisdiksiyasına tabe olan əmlak üzərində hər hansı hüququn, səlahiyyətin və ya imtiyazın ötürülməsinə aiddir.

Bundan əvvəl ABŞ prezidentləri artıq bu təcrübəyə əl atmışdılar. Məsələn, Corc Buş Küveytin işğalından sonra İraqın ABŞ-dakı aktivlərini dondurdu və onları Səddam Hüseynin təcavüzünün qurbanları üçün BMT komissiyasına verdi.

Azpost.info

Əvvəlki məqalə

Prezident bu idarəni ləğv etdi

Sonrakı məqalə

Təbiət fənninin tədrisi yalnız 5 və 6-cı siniflər üçün nəzərdə tutulub