ABŞ BMT-nin Baş katibi Quterreşin bu həftə planlaşdırılan yüksək səviyyəli görüş zamanı Rusiyanın taxıl sazişinə qayıtmasına nail ola biləcəyini gözləyir.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild brifinqdə bildirib.
“Biz Baş katibə fəal əlaqələrini davam etdirərək rusları Qara dəniz təşəbbüsünə qaytarmaq üçün yol tapmağa çalışdığına görə minnətdarıq. Ümid edirik ki, o, gələn həftə müxtəlif tərəfdaşlarla keçirəcəyi görüşlərdə bu işdə uğur qazanacaq”, – diplomat vurğulayıb.
Rusiya iyulun 18-də şərtlərini yerinə yetirmədiyini bəyan edərək taxıl sazişindən çıxıb. Moskva “Rosselxozbank”-ı SWIFT-ə yenidən qoşulmasını və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına çıxışına qoyulan qadağanın aradan qaldırılmasında tələb edib.
Azpost.info