ABŞ Rusiyanın taxıl sazişinə qayıdacağına ümid edir

ABŞ  BMT-nin Baş katibi  Quterreşin bu həftə planlaşdırılan yüksək səviyyəli görüş  zamanı Rusiyanın taxıl sazişinə qayıtmasına nail ola biləcəyini gözləyir.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild brifinqdə bildirib.

“Biz Baş katibə fəal əlaqələrini davam etdirərək rusları Qara dəniz təşəbbüsünə qaytarmaq üçün yol tapmağa çalışdığına görə minnətdarıq. Ümid edirik ki, o, gələn həftə müxtəlif tərəfdaşlarla keçirəcəyi görüşlərdə bu işdə uğur qazanacaq”, – diplomat vurğulayıb.

Rusiya iyulun 18-də şərtlərini yerinə yetirmədiyini bəyan edərək taxıl sazişindən çıxıb. Moskva “Rosselxozbank”-ı SWIFT-ə yenidən qoşulmasını və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına çıxışına qoyulan qadağanın aradan qaldırılmasında tələb edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.