ABŞ Rusiya Baş nazirinin müavini Marat Xusnullinə qarşı sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, “Yunarmiya” hərbi-vətənpərvərlik ictimai hərəkatı, “Megafon” şirkəti, “Metalloinvest” mədən-metallurgiya holdinqi və “Patriot PMC” də məhdudiyyətlərə məruz qalıb.
Sanksiyalar həmçinin Rusiyadan olan 30-dan çox fiziki və 90-a yaxın hüquqi şəxsə, Macarıstan və Kipr vətəndaşlarına və adada yerləşən müəssisələrə də şamil edilib.
Azpost.info