ABŞ-ın Azərbaycandakı Səfirliyi hal-hazırda işçi vizaları (H1B və L viza kateqoriyaları), tələbə vizaları (F və M viza kateqoriyaları) və mübadilə proqramlarına aid ziyarətçi vızaları (J viza kateqoriya) üçün məhdud sayda ərizələri qəbul edir.
Azpost.info bildirir ki, bu barədə səfirlik məlumat yayıb.
“İşguzar və turistik vizaları üçün isə biz vizaların (B1 / B2 viza kateqoriyarı) yalnız son 36 ay ərzində müddəti bitmiş şəxslərin müraciətlərini müsahibədən kənar qəbul edirik.
İşçilərimizin və vizaya müraciət edənlərin sağlamlığına və təhlükəsizliyinə zərər vermədən biz mümkün qədər çox viza müraciətlərini qəbul etməyə çalışırıq və müvəqqəti narahatlıq üçün üzr istəyirik”-deyə açıqlamada vurğulanır.