“ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etmək istəyir” –CNN

ABŞ səudiyyəli jurnalist Camal Kaşıkçının qətlindən sonra Səudiyyə Ərəbistanı ilə pisləşən münasibətləri sıfırlamağa çalışır.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb. Onların fikrincə, ABŞ administrasiyası Yaxın Şərqdəki əsas müttəfiqi ilə münasibətləri bərpa etmək istəyir.

CNN yazır ki, ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı tədbirləri sərtləşdirmək, həmçinin ölkədə inflyasiyanın artması fonunda daxili qaz qiymətlərini aşağı salmaq üçün böyük təzyiq altındadır.

Bu səbəbdən Bayden “mənəvi qəzəbini” təxirə salmaq və Səudiyyə Ərəbistanı ilə isti münasibətlər qurmaq qərarına gəlib: “Hər iki tərəf bu fikirdədir ki, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün irəliləmək lazımdır”. Eyni zamanda, CNN mənbələri qeyd edir ki, Vaşinqtonla Ər-Riyad arasında münasibətlərdə yaranan soyuqluq səudiyyəli jurnalistin qətlini bağışlamaq və ya unutmaq demək deyil.

Bayden iyulda keçiriləcək görüşdə vəliəhd şahzadə ilə bunu müzakirə etmək niyyətindədir. ABŞ administrasiyasındakı bəzi rəsmilər hələ də şahzadənin məsuliyyətə cəlb edilməsi üçün daha çox iş görülməli olduğuna inanırlar.

Azpost.info

Əvvəlki məqalə

“Formula-2”: Günün ilk qəzası baş verib

Sonrakı məqalə

“Bu ölkələrdə dövlət çevrilişi gözləyirəm” –