ABŞ səfirliyi “Gürcü Arzusu”na çağırış edib

ABŞ-ın Gürcüstandakı səfirliyi “Gürcü Arzusu”nu Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması və ABŞ ilə strateji tərəfdaşlığın itirilməsinə görə başqasını günahlandırmamağa çağırıb.

Bu barədə səfirliyin “Facebook” paylaşımında qeyd edilib.

“Gürcü arzusu” Avropa İttifaqına üzvlük prosesini dayandırdı, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığını itirdi. Başqalarını günahlandırmayın, hər şey aydındır”, – paylaşımda qeyd edilib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.