“ABŞ səfirliyinin yaydığı açıqlama Rusiyanın daxili işlərinə müdaxilədir”-Putinin mətbuat katibindən əsəbi açıqlama

“Yanvarın 23-də keçirilən icazəsiz aksiyalar barədə  ABŞ-ın Moskvadakı səfirliyinin yaydığı açıqlama Rusiyanın daxili işlərinə müdaxilədir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitrii Peskov “Rossiya 1” telekanalına müsahibəsində deyib. Qeyd edək ki, ABŞ səfirliyi  Rusiyanın 38 şəhərində keçirilən aksiyalar barədə xəbərləri izlədiklərini, dinc aksiyaları və ifadə azadlığını dəstəklədiklərini, hakimiyyətin həyata keçirdiyi tədbirlərin isə bu hüquqların qarşısını almağa yönəldiyini bildirib.

“Bu, qeyri-korrekt münasibət, dolayı yolla Rusiyanın daxili işlərinə müdaxilə, ölkədə qanunların pozulmasına dəstəkdir. Əgər Rusiya səfirliyi ABŞ-daiğtişaşlar davam edən zaman bu formada  münasibət bildirsəydi, bu, Vaşinqtonda müəyyən diskomfort hissi yaradardı. Ona görə də həmkarlarımıza həmişə bu situasiyalarda özlərini təsəvvür etmələrini məsləhət görürük”.

Peskov yanvarın 23-də Moskva və digər şəhərlərdə keçirilən aksiyalarda iştirak edənlərin sayının Putini dəstəkləyənlərlə müqayisə çox az olduğunu vurğulayıb: “Hazırda bir çoxları icazəsiz aksiyalara çoxlu sayda insanın çıxdığını söyləyir. Xeyr, aksiyalara az insan çıxıb, insanların çoxu Putinə səs verir. Eyni zamanda insanların çoxu Konstitusiyaya dəyişikliklərə səs verib. Əgər rəqəmlər müqayisə olunsa, aksiyalarda iştirak edənlərin sayının nə qədər az olduğunu anlayarsınız. Bütün fikirlərə hörmətlə yanaşırıq, ancaq qanunsuz aksiyalara qarşıyıq”.

Qeyd edək ki, dünən rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib

Sonrakı məqalə

Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb