Sakit okeanda iki gəmi məhv edildi

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində, beynəlxalq sularda narkotik daşımaları ilə əlaqəli olan iki gəmiyə zərbələr endirib. AzPost xəbər verir ki, bu barədə cümə günü Pentaqon məlumat yayıb.

Bildirilib ki, əməliyyat ABŞ-ın müdafiə naziri Pit Heqsetin göstərişi ilə Birləşmiş Əməliyyat Qrupu “Cənub nizəsi” tərəfindən həyata keçirilib.

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının məlumatına görə, kəşfiyyat həmin gəmilərin narkotik daşımalarında istifadə olunan məlum marşrutlar üzrə hərəkət etdiyini və qanunsuz dövriyyədə iştirak etdiyini təsdiqləyib. Zərbələr nəticəsində narkoterrorçu adlandırılan beş nəfər həlak olub.

Məlumata əsasən, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.