ABŞ Senatı Rusiyaya qarşı sanksiyalarla bağlı qətnamə qəbul etdi

ABŞ Senatı Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcəyini bildirən qətnamə qəbul edib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, qətnamənin məqsədi Moskvanı Ukraynaya hərbi müdaxilənin ağır nəticələri ilə bağlı xəbərdar etməkdir.
Senatorlar Ukraynaya iqtisadi və humanitar dəstəyin davam etdirilməsinə, həmçinin təhlükəsizlik sahəsində yardıma da çağırıblar.
Onlar Kiyevin Rusiyanın iddia edilən təcavüzündən özünü lazımi səviyyədə müdafiə edə bilməsi üçün Co Bayden administrasiyasını və ABŞ-ın müttəfiqlərini tez hərəkət etməyə səsləyiblər.
Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir