ABŞ Konqresi maliyyəçi Ceffri Epşteynin adı keçən və insan alveri ilə bağlı açılmış cinayət işi üzrə bütün sənədlərin ictimaiyyətə açıqlanmasını məcburi edən qanun layihəsini təsdiqləyib. AzPost xəbər verir ki, məsələ ilə bağlı səsvermə C-SPAN telekanalı tərəfindən yayımlanıb.
Daha əvvəl Nümayəndələr Palatasında qəbul edilən sənəd bu dəfə Senat tərəfindən də yekdilliklə dəstəklənib və indi prezident Donald Trampın imzasına göndəriləcək.
17 noyabrda Tramp açıqlama verərək qanun layihəsini tam dəstəklədiyini və onu imzalamağa hazır olduğunu bildirib. O, həmçinin demokratları Epşteyn işini respublikaçıların uğurlarından diqqəti yayındırmaq üçün istifadə etməkdə günahlandırıb və partiya yoldaşlarını layihəni dəstəkləməyə çağırıb.
Bundan əvvəl prezident təyyarəsində jurnalistlərlə söhbət zamanı Tramp Bloomberg müxbirinin Epşteyn işi barədə sualına sərt reaksiya göstərərək onu “Sakit ol! Sakit ol, balaca donuz!” sözləri ilə kobud şəkildə susdurmuşdu.