ABŞ Senatının komitəsi Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.

“RİA Novosti” xəbər verir ki, nəzərdə tutulan növbəti sanksiyalar Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görədir.

Komitədə demokratları təmsil edən Robert Menendes “twitter” səhifəsində qeyd edib ki, qanun layihəsində Suriyada hərbi əməliyyatda iştirak edən Türkiyə səlahiyyətlilərinə, xüsusilə Müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir