ABŞ senatorları BCM prokurorunun fəaliyyətini araşdırmağa çağırıblar

Bir qrup amerikalı senator Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xanın fəaliyyətinin araşdırılmasına çağırıblar.

Azpost.info xəbər verir ki, bu barədə senatorların BCM-nin iştirakçısı olduğu Dövlətlərin Assambleyasına göndərdiyi məktubda deyilir.

Onu ABŞ senatorları Lindsi Qrem (respublikaçı), Ben Kardin (demokrat), Con Tun (respublikaçı), Riçard Blumental (demokrat), Coni Ernst (respublikaçı) və Con Fetterman (demokrat) imzalayıblar. Onlar İştirakçı Dövlətlərin Assambleyasını Xanla bağlı iddiaları araşdırmağa çağırıblar.

O da qeyd olunub ki, prokuror Kərim Xan İsrail hökuməti məmurlarının həbsinə order verilməsini istədikdə də qanuna əməl etməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.