ABŞ şirkətləri COP29-da iştirakda maraqlıdır- Səfir

ABŞ şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakda maraqlıdırlar.

Bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Baker Hughes müəssislərinə ziyarət edərkən və şirkətin ölkəmizdəki nümayəndəsi Zaur Allahverdizadə ilə görüş zamanı deyib.

“Amerikanın neft-qaz avadanlıqları və xidmətlərinin iri tədarükçüsü olan Baker Hughes şirkətinin Azərbaycandakı nümayəndəliyində 300-dən çox şəxs çalılşır. Şirkət SOCAR Upstream ilə sıx əməkdaşlıq edir. Səfirə Baker Hughes şirkətinin “yaşıl” enerji, habelə şaxələndirilmə və inklüzivlik siyasəti sahəsində təşəbbüsləri barədə məlumat verilib. O “yaşıl” enerjinin inkişafı məqsədilə normativ-hüquqi bazanın vacibliyini qeyd edib və Amerika şirkətlərinin Azərbaycanın bərpaolunan enerji sektoruna, o cümlədən COP29-da iştirakda maraqlı olduğunu vurğulayıb”,- səfirliyin məlumatında deyilir.

Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

Əvvəlki məqalə

150 incəsənət xadiminə Prezident mükafatı verildi –

Sonrakı məqalə

Sabah hava necə olacaq?