Ordumuzun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub-Cavab atəşi açılıb

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ şirkəti SOCAR-ın yanacaqdoldurma məntəqələrində restoran açıb –

Sonrakı məqalə

“Ordunu Əfqanıstandan çıxarmaq səhvdir, qadınları öldürəcəklər” –