ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb

ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hava zərbələri endirməyə başlayıb.

Bu barədə “The New York Times“ qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, əməliyyata ABŞ-ın qırıcı təyyarələri və hərbi helikopterləri cəlb olunub. Silah anbarları da daxil olmaqla, onlarla İŞİD hədəfinə zərbələr endirilib.

ABŞ Prezidenti Donald Tramp Suriyada Amerika patruluna hücum edənlərdən qisas alınacağını bəyan edib.

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD qruplaşmasına qarşı antiterror əməliyyatına başlayıb.

Bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat yayıb.

Onun sözlərinə görə, bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

Nazir vurğulayıb ki, “Hawkeye Strike” (“Şahin gözü zərbəsi”) əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib.

“Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır”, – Heqset qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.