ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qətər və ya Küveytə yerləşdirəcək

ABŞ Suriyadan İraqa köçürdüyü hərbçilərini bir ay müddətinə Qətərə və ya Küveytə yerləşdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İraqın müdafiə naziri Nəcah əş-Şamari “Al-Sumaria” telekanalına müsahibəsində bildirib.

“Suriyadan çıxarılan ABŞ hərbçiləri 4 həftə ərzində İraqı tərk edərək Küveytə və ya Qətərə göndəriləcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 23-də Pentaqonun başçısı Mark Esper elan edilmədən Bağdada səfər edib. O, İraqa səfəri zamanı baş nazir Adel Əbdül Mehdi və müdafiə naziri əş-Şamari ilə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Keçmiş prezident və ailə üzvlərinin təminatı üçün 327 min manat vəsait ayrılacaq

Sonrakı məqalə

“Gəlin, Suriya sərhəddində görüşək!”