ABŞ səfirliyinin əməkdaşları Azərbaycan-İran sərhədinə gediblər-FOTO

ABŞ səfirliyinin əməkdaşları Azərbaycan-İran sərhədində, Astara buraxılış məntəqəsində olublar.

AzPost bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verib.

ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və Səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib.

“ABŞ Səfirliyi ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir. Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.