ABŞ Ticarət naziri xəstəxanaya yerləşdirilib

19 İyul 2020 - 09:27

ABŞ Ticarət Nazirliyinin rəhbəri Uilbur Ross xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə CNN telekanalı Nazirliyin nümayəndəsinə istinadən bildirib. Məlumata əsasən, 82 yaşlı Ross səhhətində kiçik problemlərə görə tibbi yardıma müraciət etməyə məcbur oldu.

Bildirilib ki, nazir “özünü yaxşı hiss edir” və yaxın zamanda xəstəxanadan buraxılacağı gözlənilir.