Dünyada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb –ÜST

Son 24 saat ərzində dünyada 260 min insan koronavirusa yoluxub. 

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, bu rəqəm bir gün əvvəl qeydə alınan rekord göstəricini (238 min) yeniləyib.

Son sutka ərzində dünyada yeni virusdan ölənlərin sayı isə 7 360 nəfər olub.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 138 milyonu keçib, onlardan 593 mini ölüb.

Yoluxma halları daha çox Amerika materikində müşahidə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Orduya dəstək yürüşündə ictimai qaydanı pozanlar həbs olunub –

Sonrakı məqalə

ABŞ Ticarət naziri xəstəxanaya yerləşdirilib