Şimali Koreya koronavirusa qarşı peyvənd hazırlayıb –Heyvanlar üzərində sınaqları uğurla başa çatıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) alimləri yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd üzərində çalışırlar.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR-in Dövlət Elm və Texnologiya Komitəsi belə açıqlama yayıb. Komitənin rəsmi internet səhifəsində yerləşdirilən hesabatda bildirilir ki, KXDR Tibb Elmləri Akademiyasının nəzdindəki biologiya institutu mütəxəssislərin hazırladıqları peyvəndin heyvanlar üzərində sınaqları uğurla başa çatıb. Bu aydan isə peyvəndin kliniki sınaqları başlayıb. Peyvənd hazırlanmasında koronavirus üçün hüceyrə reseptoru olan ACE-2 genindən (angiotenzin çevirən ferment) istifadə olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, KXDR-də COVID-19 infeksiyasına yoluxma qeyd alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Ticarət naziri xəstəxanaya yerləşdirilib

Sonrakı məqalə

Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi vəfat edib