ABŞ ticarət danışıqlarını təxirə salan ölkələri maksimum tariflərlə hədələyib.
AzPost bildirir ki, bu barədə “Fayneşl Tayms” (FT) nəşri məlumat yayıb.
ABŞ Maliyyə Naziri Scott Bessent deyib ki, danışıqlarda özünü aqressiv aparan ölkələr onlara tarifləri 2 aprel səviyyəsinə qaytarmaq barədə xəbərdarlıq olunan rəsmi məktublar alacaqlar.
Bu, Trampın demək olar ki, bütün idxal mallarına 10%-lik rüsum və ABŞ-ın ticarət maneələri olan ölkələrə qarşı yüksək “qisas” rüsumlarını elan etdiyi tarixdir.
FT ən çox zərər çəkən Cənub-Şərqi Asiyanın ixrac ölkələri olduğunu qeyd edir: Kamboca – 49%, Laos – 48%, Vyetnam – 46%.
Kanada və Meksika 2020-ci il ticarət razılaşması xaricində mallar üçün köhnə 25% tarifləri saxlayaraq yeni tədbirlərdən yayınıblar.
Britaniya metal və avtomobillərə güzəştləri təmin edən ilk ölkə olub, lakin əksər mallara ümumi 10% tarifi saxlanılıb.