ABŞ Türkiyəyə S-400-ü Ukraynaya göndərməyi təklif edib

ABŞ Türkiyəyə S-400 Zenit Raket Kompleksini Ukraynaya göndərməyi təklif edib.

Bunu Türkiyə xarici işlər nazi Mövlud Çavuşoğlu “Haberturk” telekanalına müsahibəsində bildirib.

Mövlud Çavuşoğlu deyib ki, ABŞ-ın S-400-lə əlaqədar bir neçə təklifi olub: “Təklif etdilər ki, S-400-ə nəzarəti onlara verək, S-400-ü araşdırsınlar. Bu, bizim müstəqilliyimizə müdaxilədir. Bəs bu halda müstəqilliyimiz harada qaldı? Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, bizə bununla razılaşmadıq”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.