“ABŞ Ukrayanadakı münaqişəni dayandırmalıdır” –Makron

ABŞ İrana qarşı fəaliyyətindən əldə etdiyi nüfuzdan istifadə edərək Ukraynadakı münaqişəni dayandırmalıdır.

AzPost bildirir ki, bu barədə Fransa prezidenti Makron NATO-nun Haaqa sammitində deyib.

Onun sözlərinə görə, Amerikanın müdaxiləsindən sonra Avropa Ukrayna ordusunun yenidən qurulmasında Kiyevə kömək etməlidir.

“Avropalılar Ukraynanı uzunmüddətli perspektivdə dəstəkləməyə hazır olan koalisiya daxilində öz rolunu oynamalı, onun ordusunu yenidən qurmağa, dəstək qüvvələrini yerləşdirməyə imkan verməlidir”, – Fransa prezidenti bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.