ABŞ-Ukrayna sülh planı danışıqları başa çatıb.
AzPost bildirir ki, bu barədə RBC-Ukrayna məlumat verib.
Görüşdən sonra ABŞ dövlət katibi Marko Rubio danışıqların məhsuldar olduğunu, lakin hələ görüləsi işlərin olduğunu və Rusiyanın bu prosesə daxil edilməli olduğunu bildirib.
Xüsusi nümayəndə Stiv Vitkoff bu məqsədlə Moskvaya səfər edəcək.
“Hələ görüləsi çox işimiz var. Amma bugünkü görüş olduqca məhsuldar keçdi. Biz realist olaraq qalırıq. Bütün bunların nə qədər çətin olduğunu başa düşürük, eyni zamanda əldə edilən irəliləyişlərə də real yanaşırıq. Bu, təkcə müharibənin dayandırılması ilə bağlı deyil, həm də Ukrayna üçün firavan bir gələcək qurmaqla bağlıdır”, – deyə Rubio yekunlaşdırıb.