ABŞ Ukraynadakı müharibə üçün “sülh planını” dörd hissəyə bölüb.
AzPost bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat verir.
Nəşr mənbələrə istinadən bildirir ki, bölmələrdən biri Ukraynanın suverenliyi məsələlərinə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin gələcək sayına və raketlərin mənzilinin məhdudlaşdırılmasına aiddir.
Digər bölmələrə ərazi məsələləri, ABŞ-Rusiya iqtisadi əməkdaşlığı və Avropa təhlükəsizliyi daxildir.
Məqalədə Trampın bir seçim qarşısında qaldığı göstərilir: Ukrayna və Rusiyaya təzyiqi artırmaq, ya da danışıqlardan tamamilə çıxmaq.