ABŞ dövlət katibi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı ABŞ-ın rəsmi mövqeyini açıqlayıb.
Azpost.info xəbər verir ki, Blinken Rusiyanın Ukrayna ərazisini ələ keçirməsini qanuniləşdirməyə kömək edə biləcək hər hansı sülh təşəbbüslərinə qarşı xəbərdarlıq edib.
O bəyan edib ki, ədalətli və davamlı sülh səyləri təcavüzkarın məsuliyyəti və Ukraynanın bərpası ilə bağlı olmalıdır.
Blinken deyib ki, yaxın həftələr və aylarda bəzi ölkələr tərəfləri atəşkəsə çağıracaqlar. Dövlət katibi bildirib ki, istənilən sülh səylərinin uzunmüddətli olması Ukraynanın tam iştirakı və razılığını tələb edir və Moskva Ukraynanın yenidən qurulmasını dəstəkləməlidir.
“Münaqişəni donduran atəşkəs Putinə ələ keçirdiyi əraziyə nəzarəti gücləndirməyə, sonra istirahət etməyə, yenidən silahlanmağa və hücuma keçməyə imkan verəcək. Bu ədalətsiz və kövrək sülhdür. Bu, Rusiyanın torpaqlarını ələ keçirməsini qanuniləşdirəcək, təcavüzkarı mükafatlandıracaq və qurbanı cəzalandıracaq”, – Blinken qeyd edib.
Azpost.info