ABŞ Ukraynaya 400 milyonluq yeni hərbi yardım paketi ayırdı

“ABŞ Ukraynaya təxminən 400 milyon dollar dəyərində 33-cü hərbi yardım paketini ayırıb”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinkenin sözlərinə görə, yeni paketə HIMARS üçün döyüş sursatı, “Bradley” piyada döyüş maşını üçün sursat və ponton körpülər də daxildir.

Daha əvvəl “Reuters” öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ administrasiyası martın 3-də Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

Azpost.info

Əvvəlki məqalə

Kreditlərin 80 faizi Bakıda və Abşeronda olan sahibkarlara verilir –

Sonrakı məqalə

Zəlzələdə dağılmış binaların 3,3 faizi 1999-cu ildən sonra tikilib