Zəlzələdə dağılmış binaların 3,3 faizi 1999-cu ildən sonra tikilib

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağılmış binaların yalnız 3,3 faizi 1999-cu ildən sonra inşa edilib.

 

Bu barədə ölkənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

 

O, dağıntılara inşa zamanı yol verilmiş səhvlərin də səbəb olduğunu qeyd edib.

 

Bundan əlavə, M. Kurum bildirib ki, Türkiyədə şəhər dəyişikliyi (transformasiyası) məqsədi ilə 3 milyon 300 min ev yenidən təmir edilib. (APA)

Əvvəlki məqalə

ABŞ Ukraynaya 400 milyonluq yeni hərbi yardım paketi ayırdı

Sonrakı məqalə

Con Kennedinin qardaşı oğlu ABŞ prezidenti olmaq istəyir