ABŞ Ukraynaya “Abrams” tanklarını göndərəcək- CNN tarixi açıqladı

Birləşmiş Ştatlar “Abrams” tanklarının ilk partiyasının Ukraynaya göndərilməsinə rəsmi icazə verib.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ ordusunun satınalmalar üzrə direktoru Doug Buş bildirib.

Onun sözlərinə görə, döyüş maşınları sentyabrda Ukrayna Silahlı Qüvvələrində istifadəyə veriləcək.

“İndi onları Avropaya, daha sonra isə Ukraynaya, özü ilə gələn hər şeylə: döyüş sursatı, ehtiyat hissələri, yanacaq avadanlığı, təmir alətləri ilə birlikdə çatdırmaq lazımdır. Yəni, təkcə tanklar deyil, tam paketdir”, – o, CNN-ə deyib.

Buş ilk partiyaya neçə avtomobilin daxil ediləcəyini açıqlamayıb. Daha əvvəl “Politico” mənbələrə istinadən xəbər vermişdi ki, söhbət 6-8 tankdan gedir. Avqustda onlar yenidən təchiz olunmaq üçün Almaniyaya, sonra isə Ukraynaya təhvil veriləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.