“ABŞ  Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermir” –Tramp bəyanat verdi

Tramp
Tramp

ABŞ  Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermir.

AzPost bildirir ki, bu barədə prezident Tramp Ağ Evdə keçirdiyi brifində deyib

Tramp Tomaqavk raketləri haqqında danışıb: “Tomahawks-dan necə istifadə etməyi öyrənmək üçün ən azı altı ay lazımdır. Yeganə yol onları işə salmaqdır və biz bunu etməyəcəyik”.

“Ukrayna bizim raketlərimizdən istifadə etmir, Avropa raketlərindən istifadə edirlər. Mən buna nəzarət etmirəm”, – Tramp bildirib.

“Mən raketlərimizə nəzarət edirəm, onlar isə bizim raketlərimizdən istifadə etmirlər”, -deyə Tramp Wall Street Journal-da Rusiyaya zərbələr endirilməsi ilə bağlı məqaləni şərh edərkən əlavə edib.

Tramp “Wall Street Journal”da Ukraynanın Qərbin uzaqmənzilli raketlərindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı məqaləsini saxta adlandırıb.

“Wall Street Journal-da ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verməsi ilə bağlı məqalə saxtadır” – ABŞ prezidenti vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.