ABŞ Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermir.
AzPost bildirir ki, bu barədə prezident Tramp Ağ Evdə keçirdiyi brifində deyib
Tramp Tomaqavk raketləri haqqında danışıb: “Tomahawks-dan necə istifadə etməyi öyrənmək üçün ən azı altı ay lazımdır. Yeganə yol onları işə salmaqdır və biz bunu etməyəcəyik”.
“Ukrayna bizim raketlərimizdən istifadə etmir, Avropa raketlərindən istifadə edirlər. Mən buna nəzarət etmirəm”, – Tramp bildirib.
“Mən raketlərimizə nəzarət edirəm, onlar isə bizim raketlərimizdən istifadə etmirlər”, -deyə Tramp Wall Street Journal-da Rusiyaya zərbələr endirilməsi ilə bağlı məqaləni şərh edərkən əlavə edib.
Tramp “Wall Street Journal”da Ukraynanın Qərbin uzaqmənzilli raketlərindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı məqaləsini saxta adlandırıb.
“Wall Street Journal-da ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verməsi ilə bağlı məqalə saxtadır” – ABŞ prezidenti vurğulayıb.