ABŞ UNESCO-dan çıxmaq qərarını rəsmən açıqladı

UNESCO
UNESCO

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə agentliyi – UNESCO-dan çıxması barədə qərar qəbul edib. AzPost xəbər verir ki, bu barədə məlumatı “New York Post” yayıb və məsələni Ağ Ev rəsmiləri də təsdiqləyiblər.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, qərar UNESCO-nun son dövrlərdə dəstəklədiyi mübahisəli və ABŞ seçicilərinin dəyərlərinə zidd olan təşəbbüslərlə bağlıdır.

Ağ Ev UNESCO-nu antiamerikan, antiisrail və proçin mövqedə olmaqda ittiham edir. Bundan əlavə, təşkilatın “müxtəliflik, bərabərlik və inklüzivlik” siyasəti də ABŞ administrasiyasının narazılığına səbəb olub.

Tramp rəhbərliyi bu addımı ABŞ-ın milli maraqlarını qorumaq məqsədilə atdığını bildirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.