ABŞ və Çin liderləri 4 saatlıq görüşdə nələri müzakirə ediblər?- XİN rəhbəri AÇIQLADI

“San-Fransiskoda Çin lideri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında danışıqlar zamanı Fələstin-İsrail münaqişəsi, Ukrayna böhranı, iqlim dəyişikliyi, süni intellekt kimi beynəlxalq məsələlər müzakirə edilib”.

Azpost.info xəbər verir ki, bunu Çin xarici işlər naziri Van İ deyib.

Onun sözlərinə görə, iki lider arasındakı söhbət dörd saat davam edib.

“Görüş zamanı hər iki ölkənin rəhbərləri bir-birini düzgün anlamaq, fikir ayrılıqlarını düzgün idarə etmək, dialoq və əməkdaşlığın təşviqi kimi ən aktual məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar”, – XİN rəhbəri deyib.

Van İ əlavə edib ki, Si Cinpinin danışıqları hərtərəfli və dərin olub. Dövlət başçıları ikitərəfli münasibətlərin sağlam, sabit və davamlı inkişafı üçün istiqamətləri müəyyən ediblər.

Azpost.info

Əvvəlki məqalə

“Zəngəzur dəhlizi Qafqazın dünya ilə tarixi əlaqəsini bərpa etməyə imkan verəcək”

Sonrakı məqalə

Hrant Dinki öldürən Ogün Samast azadlığa buraxılıb