ABŞ və Avropa Ukrayna üçün zəmanətlə bağlı prosesə başlayır

ABŞ və Avropa Putin-Zelenski görüşünə yol açmaq üçün Kiyevə etibarlı təhlükəsizlik zəmanəti vermək üçün ləngimədən işə başlayır. 

AzPost bildirir ki, bu barədə Bloombergməlumat verib.

Məlumata görə, zəmanətlər Ukraynanın silahlı qüvvələrinin və imkanlarının heç bir məhdudiyyət olmadan gücləndirilməsinə yönələcək.

Əsas məqsəd gələcək sülh sazişində Rusiyanın Ukrayna silahlı qüvvələrinin sayına məhdudiyyət qoyulması tələbindən qaçmaqdır.

Təhlükəsizliyə zəmanət paketi  “istəklilər koalisiyası”nın işinə əsaslanacaq. Gələcəkdə bura çoxmillətli qüvvələrin daxil olacağı gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.