ABŞ və daha 17 dövlət HƏMAS-dan girovları azad etməyi tələb edir

ABŞ və daha 17 dövlət HƏMAS-dan 2023-cü il oktyabrın 7-də İsraildə hücumlar zamanı əsir götürülən girovları azad etməyi tələb edib.

Azpost.info xəbər verir ki, bu barədə ölkələrin birgə bəyanatında deyilir.

“Biz 200 gündən çox Qəzzada HƏMAS tərəfindən saxlanılan girovları dərhal azad etməyə çağırırıq”, – sənəddə deyilir.

Sənədi Avstriya, Argentina, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, İspaniya, Kanada, Kolumbiya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, ABŞ, Tailand və Fransa imzalayıb. Onlar girovların gələcək taleyinin beynəlxalq narahatlığa səbəb olduğunu qeyd ediblər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.