ABŞ və Fransa Rusiya ilə Minsk Qrupunda əməkdaşlıqdan imtina edib –LAVROVDAN SENSASİON AÇIQLAMA

ABŞ və Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina ediblər. 

Azpost.info bildirir ki, bu sensasion bəyanatla Rusiya XİN başçısı Sergey Lavrov bu gün Ermənistanlı həmkarı Mirzoyanla keçirdiyi brifinqdə bəyan edib.

Onun sözlərinə görə, belə rusufob yanaşma Rusiya ilə bağlı bütün məsələlərdə tətbiq edilir: “Minsk Qrupundakı fransız və amerikalı partnyorlarımız bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bəyan ediblər.  Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”, – nazir bildirib.

Lavrov vurğulayıb ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də yerlərdəki bütün digər münaqişələrdə rusofob siyasətini girovuna çevrilərək  öz birtərəfli iradəsini diktə etmək üçün hamını bütün formatlarda qarşılıqlı əlaqəni kəsməyə məcbur edir.

Biz Qarabağda vəziyyətinin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün o razılaşmaların həyata keçirilməsinə sadiqik. Bu seçim bizim deyil. Əgər Fransa və ABŞ qərar veribsə, Allah özü onların hakimi olacaq”, – Rusiya XİN rəhbəri əlavə edib.

O vurğulayıb ki, Rusiya bu yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək.

 

Əvvəlki məqalə

“Alpinist” oğruya psixi ekspetiza təyin olunub

Sonrakı məqalə

“Rublla ödəniş sanksiyalardan yayınma hesab olunacaq” –