“ABŞ və Rusiya ancaq Minsk Qrupunda yaxşı əməkdaşlıq edir” –SƏFİR

“Əgər Rusiya səmimiyyət və xoş niyyətini göstərərsə, ABŞ istənilən mövzu barədə Rusiya ilə konstruktiv müzakirələrə hazırdır. Çox təəssüf ki, biz hər zaman bunu görmürük”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

O, bildirib ki, Rusiyanın əhəmiyyətli dərəcədə böyük hərbi qüvvələrini Ukrayna ətrafında toplaması ABŞ-ı narahat edir: “Biz inanırıq ki, bu cür addımlar regionda yalnız gərginliyi artırır və Avropa qitəsində sabitliyə yardım etmir”.

Səfirin sözlərinə görə, ABŞ və Rusiyanın ancaq bir platformada – ATƏT-in Minsk Qrupu çərçivəsində yaxşı əməkdaşlıqları mövcuddur: “Bu yaxınlarda həmin format çərçivəsində biz Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki dəfə görüşünü təşkil etdik. Bu format səmərəli olduğu müddətcə, biz burada əməkdaşlıq edəcəyik. Təbii ki, biz bu ölkələrin liderlərini və rəsmilərini bir araya gətirən digər formatları da dəstəkləyirik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyinə çox şad oldum” –

Sonrakı məqalə

Azad edilmiş ərazilərdə indiyədək nə qədər adam minaya düşüb? –