ABŞ və Rusiyada 2 mindən çox nüvə başlığı döyüşə hazır vəziyyətdədir

ABŞ və Rusiyanın arsenalında olan 2 mindən çox nüvə başlığı tətbiq edilməsi üçün tam operativ hazır vəziyyətdədir.

Bu barədə məlumat Dünya Problemlərinin Tədqiqatı üzə Stokholm İnstitutunun (SIPRI) məruzəsində yer alıb.

Məruzədə, həmçinin qeyd olunur ki, hər iki tərəfin öz nüvə arsenalını ixtisar etməsinə baxmayaraq, öncəki illə müqayisədə onların nüvə başlıqlarının sayı artmaqdadır. Rusiya daha çox quruda yerləşdirilən və ayrılan başlıqlı qitələrarası raketlərin və dənizdə yerləşdirilən ballistik raketlərin hesabına ümumi nüvə arsenalını təxminən 180 döyüş başlığına qədər artırıb.

Bununla yanaşı, hər iki ölkənin strateji nüvə qüvvələri 2010-cu ildə “Strateji hücum silahlarının ixtisarı” barədə imzalanan müqavilə ilə müəyyən edilən həddə qalır.

Məruzəyə əsasən, doqquz nüvə dövləti – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və KXDR 2021-ci ilin əvvəlinə qədər ümumilikdə 13 min 80 nüvə silahına sahibdir. Halbuki 2020-ci ilin əvvəlində bu göstərici 13 min 400 ədəd idi.

“Nüvə silahlarının ümumi sayının azalmasına baxmayaraq, ötən il ölkələrin döyüşə hazır vəziyyətdə saxladığı nüvə başlıqlarının sayı 3 min 720 ədəddən 3 min 825 ədədə yüksəlib. Onların da 2 mindən çoxu ABŞ və Rusiyanın payına düşüb”, – deyə məruzədə bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna gediblər

Sonrakı məqalə

İran və Azərbaycan arasında ticarət dövriyyəsi nə qədərdir? –