ABŞ və İsrailin zərbələrindən İranda 200-dən çox uşaq, 220-dən artıq qadın ölüb

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 220-dən çox qadın və 200-dən artıq azyaşlı həyatını itirib.

APA xəbər verir ki, bu barədə ISNA agentliyi İranın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində azı 223 qadın və 18 yaşadək 202 uşaq, o cümlədən 5 yaşdan kiçik 12 uşaq həlak olub.

Eyni zamanda 2 729 qadın və 1 190 azyaşlı yaralanıb.

Yaralananlar arasında 2 yaşdan kiçik 41 uşaq da var.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.