“Xarici görkəmini, yerişini dəyişmişdi” –Polis azyaşlıya zorakılıq etmək istəyən şəxsi necə tapıb?

Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən  42 yaşlı Elşən Mirzəcanov polis tərəfindən saxlanılmasının detalları məlum olub.

Azpost.info bildirir ki, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, şübhəli şəxs təcrübəli olub: “Oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. Dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərinin araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq saxlanıldı”.

E.Hacıyev Mirzəcanovun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edib.

Əvvəlki məqalə

ABŞ “Vaqner”i cinayətkar təşkilat elan etdi

Sonrakı məqalə

Dünya birjalarında neft qiymətləri: